“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna yol çəkilişi uğurla davam etdirilir. Soyuqbulaq-Sarıyoxuş-Candargöl (10 km uzunluğunda) istiqamətində çəkilən yolun asfalt döşəməsinin inşasına başlanılmışdır.
“Keşikçidağ” mağaralar kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri də ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır.