“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisinə uzunluğu 32 km olan yeni avtomobil yolunun çəkilişləri uğurla davam etdirilir. Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Cənab Seymur Orucov Keşikçidağ mağaralar kompleksinə çəkilən yolun inşası ilə əlaqədar qoruqda olmuşdur. Daha sonra, Ölkə Prezidentinin adını daşıyan “İlham Əliyev adına zirvə” istiqamətinə uzanan yolda aparılacaq işlərlə yerində tanış olmuşlar.
Ağstafa rayon İcra Hakimiyyətinin nümayəndələrinə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları tərəfindən buradakı tarixi abidələr haqqında geniş məlumat verilmişdir. Həmçinin “İlham Əliyev adına zirvə” ətrafında ərazinin təbii iqlim şəraitinə və landşaftına uyğun olaraq salınan “Badam bağı”na baxış keçirmişlər.