Keşikçidağ mağaralar kompleksində yerləşən iki mərtəbəli mağarada bu ərazinin daimi sakinləri olan Qartal ailəsi məskunlaşmışdır. Mağaradakı Qartal ailəsinin köçməməsi üçün uzun illərdir ki, burada təmizlik işləri görülmür. Qartal – şahin ailəsindən olan yırtıcı quşdur. Böyük quşlar sırasına aiddir. Yetkin quşun uzunluğu 60 ilə 85 sm arasındadır, qanadların uzunluğu 2,5 metrə qədər çatır. Dünyada bu quşların təxminən 40 növü var. Bu yırtıcının əsas silahı böyük dimdiyi və iti caynaqlarıdır. Qartallar Ceyrançöl ərazisində olduqca geniş yayılmış quşlardır. Həm yerdə, həm də ağaclarda yuva qura bilirlər, lakin əksər hallarda dağ silsilələrini seçirlər. Üstün görmə qabiliyyəti, qartalın böyük bir hündürlükdən siçan, ilan və ya kərtənkələni görməsinə imkan verir.