Keşikçidağın ordumuzun istilik təminatına köməyi.

12 noyabr Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədidir. Bu günlərdə ordumuz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni bir tarix yazır. Hamımızın ürəyi Vətənimiz, Qarabağımız, səngərdə igidcəsinə döyüşən hərbçilərimiz, əsgərlərimiz üçün döyünür. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları ordumuzun istilik təminatına kömək məqsədilə meşələrdə qurumuş və sınmış ağacları toplamış və cəbhə bölgəsinə yollamışlar. Daha öncə qoruq əməkdaşları tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna vəsait, dəfələrlə cəbhə bölgəsinə ərzaq, isti geyim və digər yardımlar aparılmışdır. Həyata keçirdiyimiz təşəbbüslərlə vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan ordumuzun yanında olduğumuzu ifadə edir və onlara yardım etməkdən qürur duyuruq.

Spread the love