29 oktyabr Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə peşəsindən asılı olmayaraq hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşdüyünü nəzərə alan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürmüşdür. Bununla yanaşı qoruq rəhbərliyi dəfələrlə cəbhə bölgələrində yerləşən hərbi hissələrə yardımlar aparmışdır. Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan ordumuzla qürur duyuruq.