Dünyada və ölkəmizdə yayılan Coronavirus (COVİD19) pandemiyasının qarşısının alınması məqsədi ilə bir çox idarə və müəssisələr fəaliyyətini məhdud və ev şəraitində davam etdirirlər. Belə ki, 26 mart 2020-ci ildə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşı Hüseynova Fazilə canlı yayın edərək, inzibati binada yaradılmış arxeo-güşədə saxlanılan, ərazidə aparılan elmi-arxeoloji tədqiqat və kəşfiyyat-xarakterli qazıntılardan aşkar edilən maddi-mədəniyyət nümunələri haqqında izləyicilərə geniş məlumat vermişdir.