1 Noyabr Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu 28-30 oktyabr 2019-cu il tarixlərində Çin Xalq Respublikasında təşkil olunan IV Beynəlxalq Mural Forumu adlı beynəlxalq elmi-praktik konfransda təmsil olunub. Belə ki, qoruq ərazisində yerləşən abidələr – mağaralar, məbədlər, kurqanlar, qala, qədim inanc yeri, mağaraların divar və tavanlarında yağlı boya ilə çəkilmiş dini mövzuda rəsm əsərləri olan freskalar Azərbaycanın hüdudlarını aşaraq beynəlxalq səviyyədə marağa səbəb olub. Qoruğun direktoru Musa Mursaquliyev tərəfindən təqdim olunan “Qafqaz Albaniyasının qəbir abidələri” adlı elmi məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, həmçinin qoruğa aid olan maddi-mədəniyyət nümunələrinin əks olunduğu slayd təqdim olunub.