12 iyun Mütəmadi olaraq qoruq ərazisində təmizlik və abadlıq işləri aparan qoruq əməkdaşları mağaralara gedən 300 metrlik təhlükəsizlik səddini bərkitmiş və mağaraların içərisində təmizlik işləri aparılmışdır.
“Keşikçidağ” mağaralar kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri də ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır.