Keşikçidağa yürüş.

15 aprel Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tarix-mədəniyyət qoruqlarının fəaliyyətinin canlandırılması, insanların asudə vaxtlarının səmərəli keçirilməsi ilə əlaqədar tapşırığa əsasən 18 Aprel Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu yeni layihəyə start vermişdir. Layihə çərçivəsində mağaralar kompleksinə səyahət edən iştirakçılara qoruq əməkdaşları tərəfindən ətraflı məlumat verilərək bukletlər və flayerlər paylanılmışdır. Sonda “İlham Əliyev adına zirvə” ətrafında xatirə şəkli çəkilmişdir. Layihənin 18 Aprel tarixinədək davam etdirilməsi planlaşdırılır.

Spread the love