22 fevral “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi Avropa Birliyinin maliyyə dəstəyi ilə “Azərbaycan və Gürcüstanın sərhəd bölgələrində turizm potensialının artırılması” layihəsinin yekunu olaraq beynəlxalq konfrans keçirmişdir. Konfransda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları da iştirak etmiş və layihə çərçivəsində fəal iştirakına görə diplomla təltif edilmişdir.