7 yanvar “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun 2019-ci il üçün ilk ekskursiyaçıları qoruq ərazisində olmuşlar. Mağaralarla tanış olan qonaqlara qoruq əməkdaşı ətraflı məlumat vermiş, mağaralar kompleksində yerləşən unikal abidələrimiz ekskursiyaçıların yaddaşlarında dərin iz buraxmışdır. Ekskursiya “İlham Əliyev zirvə” si önündə çəkilmiş xatirə şəkili ilə yekunlaşmışdır.