31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramları ilə əlaqədar 24-30 dekabr 2018-ci il tarixlərində Ağstafa rayon İcra hakimiyyətinin və “Ağstafa Aqroparkı”nın birgə təşkilatçılığı ilə “Qış yarmarkası” keçirilir. Bu tədbirdə də Keşikçidağ ənənəvi olaraq öz pavilyonu ilə çıxış edir. Pavilyonda qoruq ərazisində yerləşən tarixi abidələri özündə əks etdirən suvenirlər, soyuducu maqnitləri , qala və məbədin əl ilə daşdan yonulmuş maketləri, “Qədim Yurdun Daş Kitabəsi” adlı qısa metrajlı sənədli film və “Virtual Keşikçidağ” turu diskləri sərgilənmişdir. Yarmarka iştirakçılarının marağını nəzərə alaraq tədbirimiz 30 dekabr tarixinədək davam edəcək.