2 dekabr “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin və KODA Təhsil Mərkəzinin (Gürcüstan) “İnkişaf və Əməkdaşlıq üçün Vətəndaş Cəmiyyəti: Azərbaycan və Gürcüstanın sərhəd bölgələrində turizm potensialının artırılması” layihəsi çərçivəsində gürcü qonaqlar Ağstafa rayon Heydər Əliyev Mərkəzində görüşlər keçirib və qarşılıqlı müzakirələr aparıb. Görüşdə “Keşikçidağ ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları da iştirak etmiş, beynəlxalq proqramlar çərçivəsində regional mədəni turizm marşrutlarının yaradılması və inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, turistlərin istirahəti, onların tələbatının ödənilməsi üçün zəruri olan xidmətlərin, ekskursiya və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması prioritet istiqamətlər kimi qiymətləndirilib.