3 dekabr Mağaralar kompleksi ucsuz-bucaqsız Ceyrançöldə, Qatardağ silsiləsində, dəniz səviyyəsindən 750-950 m hündürlükdə, dağların cənub və cənub-şərq tərəflərindəki sıldırım qayalıqları əhatə edir. Böyük Qafqazın dağlıq ərazisi olan Keşikçidağ mağaralar kompleksi dəniz səviyyəsindən 600-900 m hündürlükdə yerləşir. Bu ərazinin faunasına baxsaq, sürünənlərdən ilan, varan, kərtənkələ, tısbağa, əqrəblər yaşayır. Bu gün mövzumuz fərqli olaraq Keşikçidağ mağaralar kompleksinin tarixi abidələrindən deyil, ərazinin daimi sakinləri olan varanlar haqqındadır. Azərbaycan varanı əsasən Kiçik Qafqaz dağları ərazisində daha geniş yayılmışdır. Azərbaycanın dağlıq ərazilərində, Kürün yuxarı axarlarında və qoruq ərazisində geniş yayılmışdır. Varanın ümumi uzunluğu quyruğu ilə birlikdə 50 sm olur. Onun başı aşkarcasına batıq formadadır. Yaxalığı isə dişvari formada qabarıqdır. Bədənində yerləşən pulçuqları hamar və qabarıqdır. Boğaz nahiyəsi boyunca pulсuğa malik olur. Varan bədəni boyunca ortalama 48-62 pulcuğa sahib olur. Ön ətraflarda olan pulcuqlar bel nahiyəsindən kiçik olur. Varanların yan hissələrində tünd halqa vardır. Onların daxilindən ağ zolaqlar keçir. Qarın nahiyəsi ağımtıl, mavi və bəzənsə yaşıl rəngə çalır. Dişilər iyun ayının ortasından iyul ayının əvvəllərinə qədər yumurta qoyurlar. Dağlıq ərazilərdə isə bu hadisə iyulun ortalarından avqustun əvvəllərinə qədər davam edir. Əsasən iyulun sonları və ya sentyabrın əvvəllərində balalar yumurtadan çıxırlar. Balalar 24–27 mm uzunluğa malik olurlar. Sürünənlərin qidasının əsasını: sərtqanadlılar, zərqanadlılar, ikiqanadlılar, kəpənəklər, digər cücülər, həmçinin hörümçəklər, çoxayaqlılar və soxulcanlar təşkil edir. Bu sürünənlər üç qrupa bölünür ki, onların da 2-si Qafqaz ərazisində yaşayır.