12 dekabr-Ümumilli lider Heydər Əliyevin anım günü münasibətilə “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən silsilə tədbirlər həyata keçirilmişdir.Belə ki, qoruğun inzibati binasında “Ulu Öndəri ehtiramla anırıq” adlı dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada ilk öncə Ulu Öndər Heydər Əliyev və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Qoruğun direktoru Musa Mursaquliyev çıxış edərək bildirmişdir ki, xalqımız Ulu Öndərin anım gününü böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir.
Sonra “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev Ulu Öndərin anım günü münasibətilə təşkil olunmuş ümumrayon tədbirində iştirak etmiş, daha sonra isə qoruq rəhbərliyi və əməkdaşları Ümummilli liderin Ağstafa rayon Heydər Əliyev Mərkəzində ucaldılmış abidəsi önünə tər qərənfillər düzmüşlər.