"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında qoruğun Elmi şurasının növbəti iclası keçirilmişdir.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında qoruğun Elmi şurasının növbəti iclası keçirilmişdir. İclasda ilk öncə qoruğun direktoru Musa Mursaquliyev çıxış edərək “Mədəni irsimiz Keşikçidağ” adlı jurnalın çapı və qarşıda duran məsələlərdən bəhs etmişdir. Daha sonra AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov və tarix üzrə fəlsəfə doktoru, dosent Vaqif Əsədov isə “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-4” adlı layihənin arxeologiya elminə verdiyi töhfələrdən danışmışlar.

Spread the love