Eynallı kənd Diyarşünaslıq Mədəniyyət Evinin əməkdaşları qoruqda.

12 oktyabr Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti abidələrin tanıdılması, təbliğ olunması və qorunması məqsədilə son dövrlərdə bir çox silsilə tədbirlər həyata keçirir. Bununla bağlı Ölkə prezidentinin müvafiq sərəncamına əsasən yaradılmış “Keşikçidağ” Dövlət Tarix- Mədəniyyət qoruğunun start verdiyi “Mədəni İrsimiz-Keşikçidağ” layihəsi çərçivəsində Ağstafa rayonu ərazisində yerləşən idarə və təşkilarlarda çalışanların asudə vaxtlarını səmərəli keçirmələri üçün qoruğa davamlı olaraq ekskursiya və yürüşlər təşkil edilir. Layihə çərçivəsində qoruğa ekskursiyaya gələnlər Eynallı kənd Diyarşünaslıq Mədəniyyət Evinin əməkdaşları oldu. Ekskursiyaçılar qoruq ərazisində yerləşən, tarixin bütün dövrlərini özündə əks etdirən unikal abidələrimizlə yaxından tanış olmuşlar. Qoruq əməkdaşları tərəfindən qonaqlara ətraflı məlumat verilmiş, söhbət çay süfrəsində davam etmiş və sonda tədbirimiz “ İlham Əliyev adına zirvə”nin qarşısında xatirə şəkli ilə yekunlaşmışdir.

Spread the love