29 sentyabr 2018-ci il tarixində Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağstafa rayon “Keşikçidağ” Dövlət tarix – mədəniyyət qoruğunun “Mədəni İrsimiz – Keşikçidağ” adlı layihəsinə start verildi. Qoruğun facebook və twitter səhifələrində yayınlanmış layihə əsasında Ağstafa rayonunun bütün idarə və təşkilatlarının silsilə şəklində əcdadlarımızdan bizə miras qalmış Keşikçidağ mağaralar kompleksinə ekskursiyası nəzərdə tutulmuşdur. Layihə çərçivəsində bir qrup şəxs – Poylu kənd İcra nümayəndəliyinin və Bələdiyyəsinin əməkdaşları 29 sentyabr 2018-ci il tarixində qoruq ərazisinə ekskursiya etmiş və tarixin sirlərini özündə gizlədən abidələrimizlə yaxından tanış olmuşlar. Ekskursiya zamanı qoruq əməkdaşları qonaqlara qoruq haqqında ətraflı məlumat vermiş, söhbət çay süfrəsində davam etmiş və sonda tədbirimiz “İlham Əliyev adına zirvə”nin qarşısında xatirə şəkili ilə yekunlaşmışdır.