5 Sentyabr 2018 Qoruq ərazisinə ekskursiyaların təşkil olunması ilə əlaqədar qoruq əməkdaşları tərəfindən Ceyrançölün ən yüksək nöqtələrindən birində yerləşən “İlham Əliyev zirvə”sindən mağaralara gedən 600 metrlik turist yolu ətrafında salınmış yaşıllıq parkında ağacların dibi suvarılmış və ərazi otlardan təmizlənmişdir.