14 Avqust 2018 Qoruq ərazisinə ekskursiyaların təşkil olunacağını nəzərə alaraq turistlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə qoruq əməkdaşları tərəfindən ərazidə ot biçini aparılmış, “İlham Əliyev zirvə”sindən mağaralara gedən 600 metrlik turist yolu ətrafında salınmış yaşıllıq parkında ağacların dibi əkilib yumşaldılmış və suvarılmışdır.



