18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə Keşikçidağın tədbir

“Əsrlərin yadigarı” adlı tanıtım layihəmiz 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Ağstafa rayonunun düşmənlə təmas xəttində yerləşən, yeni istifadəyə verilmiş Köhnəqışlaq kənd tam orta məktəbində baş tutmuşdur. Qoruq əməkdaşları bu əlamətdar gün haqqında məktəblilərə ətraflı məlumat vermiş, muzeylərin keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçi olduğunu vurğulamışlar. Məktəbdə qurulmuş pavilyonda qoruq ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri sərgilənmiş, pavilyon qoruğun şəkilləri əks olunmuş köynəklər, papaqlar, suvenirlər, qala və məbədin əl ilə daşdan yonulmuş maketləri və diyircəkli qələmlər, qədimiliyi özündə əks etdirən xalçalar, milli ornamentlər, rəsm əsərləri ilə bəzədilmişdir. Monitor vasitəsi ilə qoruq ərazisində aparılmış arxeoloji qazıntılar, ekskursiya, tədbirlər və qoruğun abidələrindən ibarət slayd şou yayımlanmışdır.

Spread the love