“Əsrlərin yadigarı" adlı tanıtım layihəmiz Düzqışlaq kənd tam orta məktəbində keçirildi.

26 aprel Qoruq ərazisində yerləşən abidələrimizin qorunması, öyrənilməsi və tanıdılması məqsədilə təbliğat işləri Ağstafa rayonunun 20-ə qədər şəhər və kənd orta məktəblərində keçirilmiş və rayonun bütün orta məktəblərində davam etdiriləcəkdir. Bu dəfə “Əsrlərin yadigarı” adlı tanıtım layihəmiz A.Nəsibov adına Düzqışlaq kənd tam orta məktəbində baş tutdu. Tədbir müəllim və şagird kollektivinin marağına səbəb oldu.

Spread the love