Arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət nümunələri qoruğun memarı Gülnarə Yolçuyeva tərəfindən bərpa olunaraq, inzibati binada yerləşən kiçik muzeyə daxil edilmişdir.
“Keşikçidağ” mağaralar kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri də ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır.