15.02.2018. Keşikçidağ mağaralar kompleksi ərazisində yerləşən Kurqanlar vadisində AMEA-nın alimləri tərəfindən arxeoloji qazıntılar nəticəsində açılmış, qoruq əməkdaşları tərəfindən bərpa edilmiş kurqanın ətrafında təmizlik işləri aparılmışdır. Bununla yanaşı Sovetlər dönəmində bu ərazidə hərbi təlim keçirildiyindən maddi-mədəniyyət nümunələri ətrafa səpələnmişdir. Qoruq əməkdaşları küp qırıqlarını toplayaraq eksponatları qeydiyyata alır, pasportlaşması üçün lazimı qeydlər götürərək qoruğun fonduna daxil edirlər.