02 oktyabr 2026-cı il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu və Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə “Uşaqların hüquqlarını qoruyaq” adlı maarifləndirici tədbir təşkil olunmuşdur.
Tədbirin keçirilməsində əsas məqsəd uşaqların hüquqları barədə məlumatlılığının artırılması, onların hüquq və azadlıqlarının qorunmasının əhəmiyyətinin diqqətə çatdırılması, uşaqlara qarşı zorakılıq və ayrı-seçkiliyin qarşısının alınması, eləcə də sağlam və təhlükəsiz mühitdə böyümələri üçün ictimai məsuliyyətin gücləndirilməsindən ibarət olmuşdur. Tədbirdə çıxış edən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşı uşaqların hüquqlarının qorunmasının cəmiyyətin sosial və mənəvi inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulamış, uşaq hüquqlarının əsas prinsipləri, onların təhsil, təhlükəsizlik, sağlamlıq, istirahət və öz fikirlərini sərbəst ifadə etmək hüquqları barədə məlumat vermişdir. Görüş zamanı uşaqların hüquqlarının müdafiəsi, onların cəmiyyətə fəal inteqrasiyası və hüquqi maarifləndirilməsinin artırılması istiqamətində fikir mübadiləsi aparılmış, iştirakçıların sualları cavablandırılmışdır.
