27 Sentyabr – “Anım Günü” münasibətilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında 44 günlük Vətən Müharibəsi qazilərinin iştirakı ilə dəyirmi masa keçirilib.

Tədbirin əsas məqsədi Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək, qazilərin keçdiyi döyüş yolunu gənc nəslə çatdırmaq olub.
Dəyirmi masa şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən qazilərimiz Vüqar Hacıyev və Şahin İmamquluyev öz keçdikləri şərəfli döyüş yolundan, həmin günlərdə yaşadıqları hadisələrdən bəhs ediblər.
Çıxışlarda Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində qazandığı tarixi Zəfərin xalqımızın yaddaşında xüsusi yer tutduğu vurğulanıb. Şəhidlərin əziz xatirəsinin yaşadılması və onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasının vacibliyi qeyd olunub.

Spread the love