AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Əsədovun rəhbərliyi ilə aparılan tədqiqatlar zamanı kurqanın ətrafında yerləşən daş konstruksiyalar – kromlexlər üzə çıxarılıb və onların quruluş xüsusiyyətləri tədqiq olunur.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən Kurqanlar Vadisində “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi – 6” layihəsi çərçivəsində arxeoloji qazıntı işləri davam etdirilir.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Əsədovun rəhbərliyi ilə aparılan tədqiqatlar zamanı kurqanın ətrafında yerləşən daş konstruksiyalar – kromlexlər üzə çıxarılıb və onların quruluş xüsusiyyətləri tədqiq olunur. Hazırda kurqanın üst hissəsində qazıntı sahəsi dörd sektora ayrılaraq mərhələli şəkildə qazıntı işləri aparılır. Bu metod kurqanın stratigrafik quruluşunun, konstruktiv xüsusiyyətlərinin və arxeoloji təbəqələrin ardıcıllığının daha dəqiq öyrənilməsinə imkan verir. Qazıntılar zamanı aşkar edilən arxeoloji materiallar və konstruktiv elementlər müəyyən edilmiş metodika əsasında qeydə alınır, sənədləşdirilir və elmi tədqiqat üçün hazırlanır. Layihə çərçivəsində arxeoloji qazıntılar və praktiki tədqiqat işləri davam etdirilir.

Spread the love