Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda nəzəri və praktiki təlimlərin ikinci günü “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində davam edib.
Təlim çərçivəsində LiDAR və 3D skanlama texnologiyalarının arxeoloji irsin sənədləşdirilməsində tətbiqi ilə yanaşı, iştirakçılar və mütəxəssislərlə müsahibələr də aparılıb. Təlimin məqsədləri, rəqəmsal texnologiyaların arxeoloji tədqiqatlardakı rolu və keçirilən praktiki məşğələlər barədə müsahibəni təqdim edirik.
