Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı, Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssislərin rəhbərliyi ilə keçirilən mövzusunda elmi-praktiki təlimlərin ikinci günü uğurla başa çatıb.
Günün birinci yarısında təlimlər “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən Yovşanlıdərə və Sarıyoxuş kurqanlarında davam etdirilib.
İştirakçılar burada rəqəmsal sənədləşdirmə metodlarının arxeoloji abidələr üzərində tətbiqi ilə yaxından tanış olub, sahə məlumatlarının toplanması və işlənməsi mərhələlərini izləyiblər.Daha sonra keçirilən praktik məşğələlərdə LiDAR və fotogrammetriya üsulları ilə əldə olunmuş məlumatların xüsusi proqram təminatı vasitəsilə emalı, nöqtə buludlarının formalaşdırılması, 3D modellərin qurulması, modellərin dəqiqləşdirilməsi və yekun rəqəmsal sənədləşdirmə materiallarının hazırlanması iştirakçılara praktiki şəkildə öyrədilib. Təlim zamanı yaradılmış rəqəmsal modellərin elmi tədqiqatlarda, mədəni irsin sənədləşdirilməsi və qorunmasında tətbiqi ilə bağlı ətraflı məlumatlar da təqdim olunub.
