23–25 iyul 2026-cı il tarixlərində Şuşa şəhərində keçirilən "4-cü Beynəlxalq Elmi Tədqiqat Konfransı"

23–25 iyul 2026-cı il tarixlərində Şuşa şəhərində keçirilən “4-cü Beynəlxalq Elmi Tədqiqat Konfransı”


23–25 iyul 2026-cı il tarixlərində Şuşa şəhərində keçirilən “4-cü Beynəlxalq Elmi Tədqiqat Konfransı”nda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları “Tarix-mədəniyyət qoruqlarının regional turizmin inkişafında rolu: Azərbaycanın qərb bölgəsi nümunəsində” adlı elmi məqalə ilə iştirak etmişlər.
Məqalədə Azərbaycanın qərb bölgəsində yerləşən tarix-mədəniyyət qoruqlarının turizm potensialı, onların mədəni irsin qorunması, tanıdılması və davamlı regional inkişafın təmin edilməsində rolu təhlil edilmişdir. Konfransın sonunda təqdim etdikləri elmi məqaləyə görə qoruğun nümayəndələri təşkilatçılar tərəfindən sertifikatlarla təltif olunmuşlar.

Spread the love