Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında MİQİB Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində qədim daş dövrünün öyrənilməsinə dair yeni elmi tədqiqatlara başlanılıb.
“Keşikçidağ” mağaralar kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri də ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır.