Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində salınmış “Zəfər bağı”nda 27 Sentyabr – Anım Gününə həsr olunmuş abadlıq və təmizlik işləri həyata keçirilmişdir.

Tədbirin əsas məqsədi Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, onların müqəddəs xatirəsinin daim yaşadılmasına töhfə vermək, eyni zamanda milli-mənəvi dəyərlərin və vətənpərvərlik ideyalarının gənc nəsil arasında təbliğini gücləndirməkdir.
Tədbir çərçivəsində “Zəfər bağı”nda əkilmiş ağaclar suvarılmış, ərazidə təmizlik işləri aparılmış və yaşıllıqlara müvafiq aqrotexniki qulluq göstərilmişdir. Görülən işlər “Zəfər bağı”nın abad və səliqəli vəziyyətdə saxlanılması, yaşıllıq sahələrinin qorunması və ərazinin ekoloji-mədəni mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir.
“Zəfər bağı” həmçinin Vətən müharibəsində qazanılmış tarixi Zəfərin, şəhidlərimizin əziz xatirəsinin və xalqımızın milli həmrəyliyinin simvolik ifadəsi kimi mühüm əhəmiyyət daşıyır. Belə məkanların qorunması və abadlaşdırılması tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Spread the love