27 sentyabr 2026-cı il tarixində Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

27 sentyabr 2026-cı il tarixində Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib.


Tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və əməkdaşları da iştirak ediblər. Qoruğun əməkdaşları çıxışları zamanı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və milli-mənəvi dəyərlərimiz baxımından əhəmiyyətindən bəhs edərək, müharibə illərində yaşadıqları təəssüratları və düşüncələrini bölüşüblər.
Çıxışlarda, həmçinin, Vətən müharibəsində iştirak edən, şəhidlik və qazilik zirvəsinə ucalan mədəniyyət işçilərinin göstərdiyi şücaət və fədakarlıqdan, işğaldan azad edilmiş ərazilərdə tarixi-mədəni irs nümunələrinin qorunması və bərpası istiqamətində həyata keçirilən işlərdən, eləcə də həmin ərazilərdə mədəni həyatın yenidən canlandırılması və dirçəldilməsi prosesindən söz açılıb.

Spread the love