Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu və Ağstafa Gənclər Evinin birgə təşkilatçılığı ilə Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliği və gənc nəslə çatdırılması məqsədilə maarifləndirici görüş təşkil olunub.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu və Ağstafa Gənclər Evinin birgə təşkilatçılığı ilə Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliği və gənc nəslə çatdırılması məqsədilə maarifləndirici görüş təşkil olunub.


Tədbirin əsas məqsədi Qərbi Azərbaycan ərazisində formalaşmış maddi və qeyri-maddi mədəni irs nümunələri, tarixi abidələr, qədim yaşayış məskənləri, dini-mədəniyyət ocaqları və onların Azərbaycan xalqının çoxəsrlik tarixində tutduğu yer barədə gənclərin məlumatlandırılması olub.
Görüşdə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev çıxış edərək Qərbi Azərbaycanın tarixi-coğrafi məkanı, bu ərazilərdə mövcud olmuş zəngin mədəni irs nümunələri, onların qorunmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti haqqında ətraflı məlumat verib. O, mədəni irsin tədqiqi və təbliğinin milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq gənclərin bu istiqamətdə fəal iştirakının vacibliyini qeyd edib.Tədbirdə Ağstafa şəhər 3nömrəli tam orta məktəbin direktor müavini Şəfəq Heydərova çıxış edərək Qərbi Azərbaycanın zəngin tarixi və mədəni irsi haqqında məlumat vermişdir.
Tədbir çərçivəsində iştirakçılarla mövzu ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Spread the love