15.05.2026-cı il tarixində 18 May – “Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş onlayn elmi vebinar keçirilmişdir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı və AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru Yaqub Məmmədovun iştirakı ilə 15.05.2026-cı il tarixində 18 May – “Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş onlayn elmi vebinar keçirilmişdir. “Keşikçidağın arxeoloji irsi və muzey dəyərləri” mövzusunda keçirilən vebinarda muzeylərin milli-mədəni irsin qorunmasındakı rolu, Keşikçidağın qədim yaşayış və ibadət məkanı kimi tarixi əhəmiyyəti müzakirə olunmuşdur. Tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş digər qoruqların əməkdaşları da iştirak etmişlər.

Spread the love