Müstəqil Azərbaycan Respublikasının qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında dəyirmi masa təşkil olunmuşdur.

Müstəqil Azərbaycan Respublikasının qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında dəyirmi masa təşkil olunmuşdur.
Dəyirmi masada ilk öncə Ulu Öndər Heydər Əliyev və ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra qoruğun rəhbərliyi və əməkdaşları çıxış edərək Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və mədəni irsin təbliği istiqamətindəki misilsiz xidmətlərindən bəhs etmişdir. Qeyd olunmuşdur ki, Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik siyasəti bu gün də ölkəmizin inkişafında mühüm rol oynayır.

Spread the love