Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş qoruqların əməkdaşları həmçinin “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları da 29 aprel – 1 may 2026-cı il tarixlərində Bakı şəhərində AMEA Arxeologiya və Antropologiya İnstitutu, Bakı Dövlət Universiteti və Türkiyənin Ege Universitetinin birgə təşkilatçılığı ilə “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” mövzusunda təşkil olunmuş beynəlxalq təlim-treninqdə iştirak etmişlər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş qoruqların əməkdaşları həmçinin “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları da 29 aprel – 1 may 2026-cı il tarixlərində Bakı şəhərində AMEA Arxeologiya və Antropologiya İnstitutu, Bakı Dövlət Universiteti və Türkiyənin Ege Universitetinin birgə təşkilatçılığı ilə “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” mövzusunda təşkil olunmuş beynəlxalq təlim-treninqdə iştirak etmişlər. Üç gün davam edən təlimlərin əsas məqsədi arxeologiya sahəsində tətbiq olunan müasir metod və texnologiyaların öyrənilməsi, beynəlxalq təcrübənin mənimsənilməsi və Azərbaycan ilə Türkiyə arasında elmi əməkdaşlığın daha da genişləndirilməsi olmuşdur. Təlimlərin ilk günündə AMEA -nın prezidenti akademik İsa Həbibbəyli və AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, t.ü.f.d dosent Fərhad Quliyev çıxış edərək beynəlxalq elmi əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirmiş, Azərbaycan və Türkiyə arasında arxeologiya sahəsində təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyini vurğulamışlar.Təlimlər zamanı bir daha aydın şəkildə vurğulanmışdır ki, arxeoloji tədqiqatların effektiv aparılması yalnız elmi institutlarla məhdudlaşmır, eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin idarəetməsinə verilmiş qoruqların mütəxəssisləri ilə birgə əməkdaşlıq şəraitində həyata keçirilir. Abidələrin tədqiqi, konservasiyası və qorunması prosesində qoruq əməkdaşlarının rolu xüsusi əhəmiyyət daşıyır və bu baxımdan belə təlimlər praktiki biliklərin artırılması üçün mühüm platforma hesab olunur.Bu baxımdan qeyd olunmalıdır ki, belə təlimlər digər qoruqlarla yanaşı “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları üçün xüsusi əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, əldə olunan bilik və praktiki təcrübələr qoruqların ərazisində yerləşən çoxqatlı arxeoloji abidələrin tədqiqi, sənədləşdirilməsi və qorunması işlərinin daha müasir yanaşmalar əsasında həyata keçirilməsinə geniş imkanlar yaradır. Bu baxımdan, qoruqların əməkdaşlarının belə beynəlxalq elmi platformalarda iştirakı həm peşəkar inkişaf, həm də milli mədəni irsin qorunması istiqamətində mühüm töhfə kimi qiymətləndirilir.

Spread the love