Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda təşkil olunmuş açıq qapı günü çərçivəsində Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin gənc könüllüləri qoruğun inzibati binasında olmuşlar. Könüllülər qoruğun inzibati binasında yaradılmış, Keşikçidağ Kurqanlar Vadisində aparılan sistemli elmi tədqiqatlar və arxeoloji qazıntılar nəticəsində əldə olunmuş maddi-mədəniyyət nümunələrini, eləcə də elmi nəşrlər və çap məhsullarını özündə əks etdirən kiçik muzey tipli stendlə yaxından tanış olmuşlar.
