Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən “Dostluq bağı”nda ağacəkmə aksiyası keçirilmişdir.
Aksiyanın əsas məqsədi qoruq ərazisində yaşıllıq sahələrinin artırılması, ekoloji tarazlığın qorunması, ətraf mühitə həssas münasibətin təşviqi, eləcə də tarixi-mədəni irsin təbii mühitlə vəhdətdə mühafizəsinə töhfə verməkdən ibarət olmuşdur. Keçirilən ağacəkmə aksiyası qoruq ərazisinin ekoloji və estetik görünüşünün daha da zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda bu cür təşəbbüslər cəmiyyətdə təbiətə qayğı, yaşıllıqların qorunması və milli-mədəni irsə hörmət kimi dəyərlərin təbliğinə xidmət edir. Belə aksiyalar bir daha göstərir ki, tarixi məkanların qorunması ilə ekoloji mühitin zənginləşdirilməsi qarşılıqlı şəkildə bir-birini tamamlayan mühüm amillərdəndir.Aksiya çərçivəsində 300-dən çox badam tingi əkilmişdir.
