Baharın gəlişi, təbiətin oyanışı və Türk dünyasının ortaq mənəvi irsi olan Novruz bayramı ərəfəsində qardaş Qazaxıstan Respublikasının “Ezelgi Taraz” Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğu tərəfindən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun kollektivinə ünvanlanan səmimi təbriklər xalqlarımız arasındakı qədim dostluq və mənəvi bağlılığın parlaq təcəssümüdür.

Tarixin dərin qatlarından süzülüb gələn “Ezelgi Taraz”ın zəngin mədəni irsi ilə Ceyrançölün qoynunda ucalan “Keşikçidağ”ın minillik yaddaşı bu baharda eyni ruhda qovuşaraq ortaq köklərimizin gücünü bir daha nümayiş etdirir. Baharın müjdəçisi olan Novruz bayramı ortaq dəyərlər üzərində formalaşan birliyimizi daha da möhkəmləndirir, xalqlarımız arasında dostluq körpülərini genişləndirir. Bu gün “Ezelgi Taraz” və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruqları arasında mövcud olan əməkdaşlıq qarşılıqlı hörmətin, ortaq tarixə bağlılığın və gələcəyə yönəlmiş birgə layihələrin etibarlı təməlidir.

Spread the love