Baharın gəlişi, təbiətin yenilənməsi və bütün Türk dünyasının ortaq mənəvi dəyəri olan Novruz bayramı ərəfəsində qardaş Qazaxıstan Respublikasının “Həzrəti Sultan”Milli Tarix-Mədəniyyət Muzey Qoruğu Novruz bayramı münasibətilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivinə səmimi bayram təbriklərini ünvanlamışdır.
“Həzrəti Sultan”ın Böyük Çöldən süzülüb gələn zəngin mədəniyyəti ilə “Keşikçidağ”ın Ceyrançölün ətəklərindən ucalan minillik tarixi bu baharda bir yerdə canlanır. “Baharın müjdəçisi olan Novruz, eyni kökdən boy atan xalqlarımızın birliyini daha da möhkəmləndirir. Bu gün ‘Həzrəti Sultan’ və ‘Keşikçidağ’ Dövlət tarix-mədəniyyət qoruqları arasındakı qarşılıqlı hörmət, ortaq tariximizə olan sadiqliyimizin və gələcək birgə layihələrimizin sarsılmaz rəmzidir.
