02 dekabr 2017-ci il tarixində Ağstafa rayonunun Heydər Əliyev mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü, Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağstafa, Qazax, Tovuz, həmçinin Gürcüstan Respublikasının Marneuli rayonundan olan aşıqların iştirakı ilə “Sazımızın qüdrəti, sözümüzün hikməti” adlı geniş konsert proqramı keçirilmişdir. Konsert proqramından əvvəl Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev və qonaqlar Mərkəzin həyətində təşkil olunan sərgilərə baxış keçirmişdirlər. “Keşikçidağı tanıdaq” tanıtım layihəsi ictimaiyyətin geniş marağına səbəb olduğundan və tədbirin böyüklüyünü nəzərə alaraq həmin sərgidə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ənənəvi olaraq öz tanıtım pavilyonunu qurmuşdur. Pavilyon qədimiliyi özündə əks etdirən xalçalar, milli ornamentlər, rəsm əsərləri ilə bəzədilmişdir. Tədbirdə arxeoloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri, qoruğun şəkilləri əks olunmuş köynəklər, papaqlar, suvenirlər, qala və məbədin əl ilə daşdan yonulmuş maketləri, diyircəkli qələmlər, “Qədim Yurdun Daş Kitabəsi” adlı qısa metrajlı
sənədli film nümayiş olunmuşdur. Qoruq haqqında çəkilmiş filmin diskləri, bukletlər, flayerlər (üç dildə) pulsuz paylanılmışdır.