27-29 noyabr 2017-ci il tarixlərində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları qoruq ərazisində təmizlik və abadlıq işləri aparmışdırlar. Qoruq əməkdaşları “İlham Əliyev zirvə”sindən mağaralara qədər salınmış 600 m-lik turist yolunun və yerli əhalinin inanc yerinə çevrilən Qüdrət bulağı ətrafında olmuşdurlar. Beləki, zirvənin ətrafında əkilmiş dekorativ güllərin dibləri əkilmiş, bulağın ətrafında bitən ağacların dibləri bellənərək, budanmış, ətrafı lazımsız otlardan təmizlənmiş, suvarılmışdır. Bölgənin strateji cəhətdən ən hündür yüksəkliyi olan, Ali baş komandanın şərəfinə ucaldılmış monumental abidə rənglənmişdir. Zirvənin ətrafında salınmış yaşıllıq ərazidə yerləşən çoban binələrinin səhlənkarlığı ucbatından heyvan sürüləri tərəfindən otarılmış, onların qorunması üçün dəfələrlə çobanlara şifahi xəbərdarlıq edilmiş, lakin nəticə olmadığından ferma sahiblərinə rəsmi məktubla müraciət olunmuş, yaşıllığın qorunması üçün yeni plakatlar asılmışdır. Ceyrançöl ərazisi ucsuz bucaqsız səhralıq olduğu üçün burada güclü küləyin təsirindən məlumat löhvələri yararsız hala düşdüyü üçün yeniləri ilə əvəz olunmuşdur. Mağaraların içərisində təmizlik işləri aparılmışdır. Qoruq ərazisində yerləşən Kurqanlar vadisində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tarix elmləri doktoru, professor Arif Məmmədov və dosent İmaş Hacıyev tərəfindən arxeoloji qazıntılar nəticəsində açılmış, qoruq tərəfindən bərpa edilmiş, son tunc-erkən dəmir dövrünə, e.ə II minilliyin sonlarına aid olan qəbir abidəsi ətrafında təmizlik və qorunma işləri aparılmışdır.