2 Fevral “Azərbaycan Gəncləri Günü” münasibətilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında dəyirmi masa təşkil olunmuşdur.
Dəyirmi masanın keçirilməsində əsas məqsəd gənclərin ölkənin ictimai, elmi və mədəni həyatında artan rolunu vurğulamaq, onların milli-mədəni irsin qorunması və təbliği sahəsində fəaliyyətini müzakirə etmək olmuşdur. Çıxışlarda dövlət gənclər siyasətinin gənclərin potensialının reallaşdırılmasında oynadığı mühüm rol qeyd edilmişdir. Dəyirmi masa çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda gənclərin iştirakı ilə həyata keçirilən elmi-maarifləndirici təşəbbüslər yüksək qiymətləndirilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
