25–26 dekabr 2025-ci il tarixlərində Bakı Dövlət Universitetində keçirilmiş “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda II Beynəlxalq elmi konfransda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu da təmsil olunmuşdur.
Konfransda qoruğun direktoru Musa Mursaquliyev onlayn formatda “Ceyrançöl – türk kökənli qədim mədəniyyətlərin tarixi yaddaşı” adlı elmi məqalə ilə iştirak etmişdir. Məqalədə Ceyrançöl ərazisində məskunlaşmış qədim türk tayfalarının köçəri həyat tərzi, köç mədəniyyətinin formalaşması, bu mədəni modelin sosial-iqtisadi və tarixi-mədəni xüsusiyyətləri elmi əsaslarla təhlil edilmişdir.
Konfransın yekununda təşkilatçılar tərəfindən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyinə iştirakla bağlı sertifikat təqdim edilmişdir. Bu iştirak qoruğun elmi fəaliyyətinin beynəlxalq səviyyədə tanıdılması və türk dünyasının ortaq mədəni irsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
