27 yanvar 2026-cı il tarixində Ağstafa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş Hesabat iclasında rayonun 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları təhlil edilmiş, 2026-cı il üçün qarşıda duran prioritet vəzifələr geniş müzakirə olunmuşdur.

27 yanvar 2026-cı il tarixində Ağstafa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş Hesabat iclasında rayonun 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları təhlil edilmiş, 2026-cı il üçün qarşıda duran prioritet vəzifələr geniş müzakirə olunmuşdur. Tədbirdə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Seymur Orucov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci Ərazi sektorunun müdiri Elvin Azadəliyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Əmiraslanov, rayon ziyalıları, idarə və müəssisə rəhbərləri, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak etmişlər.
Hesabat iclası çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən təşkil olunmuş elmi-maarifləndirici sərgi xüsusi diqqət mərkəzində olmuşdur. Sərgidə Keşikçidağ Kurqanlar Vadisində aparılmış kompleks elmi tədqiqatlar və arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi-mədəniyyət nümunələri, qoruğun fəaliyyətini əks etdirən elmi və maarifləndirici çap məhsulları, eləcə də abidələrin bərpa və konservasiya proseslərini nümayiş etdirən vizual materiallar təqdim edilmişdir.
Qoruğun sərgisi qədim dövrlərdən günümüzədək bölgənin zəngin tarixi-mədəni irsinin elmi əsaslarla araşdırılması, qorunması və ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, tədbir iştirakçılarının xüsusi marağı və yüksək qiymətləndirməsi ilə qarşılanmışdır. Sərgi, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun milli mədəni irsin qorunması, elmi tədqiqi və təbliği istiqamətində həyata keçirdiyi sistemli fəaliyyətin bariz nümunəsi kimi diqqəti cəlb etmişdir.

Spread the love