"Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı və AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov iştirakı ilə 23.09.2025-ci il tarixində "Keşikçidağda elmi arxeoloji qazıntılar və yay məktəbi 5” layihəsinin nəticələri və elmi əhəmiyyəti" adlı onlayn seminar keçirilmişdir.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı və AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov iştirakı ilə 23.09.2025-ci il tarixində “Keşikçidağda elmi arxeoloji qazıntılar və yay məktəbi 5” layihəsinin nəticələri və elmi əhəmiyyəti” adlı onlayn seminar keçirilmişdir. Seminarda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşları iştirak etmişlər. Elmi seminarda Keşikçidağ Kurqanlar Vadisində yerləşən “Yovşanlıdərə” kurqanlarında aparılmış arxeoloji qazıntı işlərindən, əldə olunan nəticələrdən və elmi ictimaiyyətə çatdırılmasında bəhs olunmuşdur.

Spread the love