“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında “27 Sentyabr – Anım Günüdür” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında “27 Sentyabr – Anım Günüdür” mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Daha sonra qoruğun direktoru Musa Mursaquliyev çıxış edərək bildirmişdir ki, bu gün Azərbaycan xalqı üçün qəhrəmanlıq, fədakarlıq və milli birlik günüdür. O qeyd etmişdir ki, şəhidlərimizin qanı bahasına qazanılmış tarixi Zəfər və dövlətimizin ərazi bütövlüyünün bərpası hər bir azərbaycanlının qürur mənbəyidir.
Sonda vurğulanmışdır ki, 27 Sentyabr Anım Günü xalqımızın mübarizə əzmini, milli həmrəyliyi və Vətən sevgisini özündə ehtiva edən müqəddəs bir gündür. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən keçirilən tədbirlər də məhz bu müqəddəs xatirənin yaşadılmasına xidmət edir.


Spread the love