Mingəçevir şəhərində keçirilmiş “Nizami Gəncəvi Beynəlxalq Sosial və Humanitar Elmlər Konfransı”nda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları İsmayıl Omarlı və Ülviyyə Qurbanova “Keşikçidağ arxeologiyası və skif mədəniyyəti” adlı elmi məqalə ilə çıxış etmişlər. Məruzədə Keşikçidağ Kurqanlar Vadisində yerləşən kurqanlarda aşkarlanmış skif mədəniyyətinə məxsus artefaktlardan bəhs olunmuşdur.
Konfransın sonunda qoruğun əməkdaşlarına iştiraklarına görə sertifikatlar təqdim olunmuşdur.

