14 iyul 1969-cu il tarixində Ümummilli Lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlməsi ilə müstəqil və qüdrətli Azərbaycan dövlətinin əsası qoyulmuşdur. Bu əlamətdar gün münasibətilə “Keşikçidağ” Dövlət tarix- mədəniyyət qoruğunun inzibati binasında maarifləndirici dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada ilk öncə Ulu Öndər Heydər Əliyev və Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edilmişdir.Daha sonra qoruğun direktoru Musa Mursaquliyev çıxış edərək bildirmişdir ki, Heydər Əliyevin rəhbərliyə gəlişi ilə Azərbaycan SSR-də siyasi, iqtisadi və mədəni yüksəliş dövrü başlandı. Sənaye, kənd təsərrüfatı, təhsil, elm və mədəniyyət sahələrində ciddi irəliləyişlər oldu.




